13/02/2015

"Sumqayıt" FK-nun əvəzedicisi 2 futbolçu ilə gücləndi


Əvəzedicilərin çempionatında növbəti turda doğma arenada AZAL-la qarşılaşcaq "Sumqayıt" Futbol Klubunun əvəzedici komandası iki futbolçu ilə güclənib. Belə ki, akademiyanın üzvü 1999-cu il təvəllüdlü Ərziman Rizvanov və son olaraq AZAL-da çıxış etmiş 1994-cü il təvəllüdlü Ruslan Sorokin komandamızla 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Sumqayıt"la AZAL-ın əvəzedici komandaları fevralın 14-də saat 13:00-da "Kapital Bank Arena"da üzə-üzə gələcək.