11/02/2015

"Sumqayıt" FK səfərdə "Bakı" ilə heç-heçə edib


"Bakı" - "Sumqayıt" 0:0
11 fevral 2015. Saat 14:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Vüqar Bayramov
Dördüncü hakim: Xəlil Xəlilov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Qeyrət Əliyev, 57 (qeyri-idman hərəkəti) // Tərzin Cahangirov, 66 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Bakı”
12. Elxan Əhmədov
19. Eltun Hüseynov
21. Elşad Manafov
5. Georgios Pelagias
(15. Azad Kərimov, 68)
6. Vüqar Bəybalayev
56. Qeyrət Əliyev
4. Ülvi Süleymanov
(99. Kamil Nurəhmədov, 46)
7. Nuran Qurbanov
(77. Ramazan Abbasov, 60)
45. Mahir Mədətov
10. Nurlan Novruzov
85. Jaba (k)

Ehtiyat oyunçular:
1. Elçin Sadıqov
9. Raul Yaqubzadə
11. Tural Qürbətov
2. Nicat Əsgərov

Baş məşqçi: İbrahim Uzunca

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
(8. Budaq Nəsirov, 86)
7. Ruslan Poladov (k)
(17. Pərdis Fərcad-Azad, 78)
9. Orxan Əliyev
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(77. Təvəkkül Məmmədov, 61)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
15. Nodar Məmmədov
45. Murad Ağayev

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Bakı" ilə qarşılaşıb. Görüş ərzində hər iki komanda qol vurmaq üçün kifayət qədər imkan qazansa da, qapılara qol vurulmayıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Oyundan çox narazıyam. Bəzi oyunçulardan ümumiyyətlə narazıyam. Biz uduzmalı idik, sadəcə, bəxtimiz gətirdi. “Bakı”nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular dəyişilməli idi. Çox sayda oyunçumuz zəif təsir bağışladı. Yeni oyunçuların heyətə cəlb olunmasını mən də istəyərəm. Amma bunun üçün imkanların olması vacibdir. Hazırkı heyət üzvləri ilə ciddi söhbət mütləq olmalıdır”.

İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Hər oyun bizim gənc oyunçuların təcrübəsi daha da artır”.