03/02/2015

"Sumqayıt" FK U-15 "Vətən"i üstələdi, U-17 isə "Qəbələ" ilə heç-heçə edib


Bu gün U-15 Liqasında növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 15 yaşadək futbolçulardan ibarət komandası "Kapital Bank Arena"da "Vətən" üzərində 2:0 hesablı qələbə qazanıb. Komandamızdan qolları Cavid Quliyev və İlkin Əmiraslanlı vurub.

"Sumqayıt" FK-nun U-17 komandası isə səfərdə "Qəbələ" ilə heç-heçə edib (2:2). Bu görüşdə komandamızdan qolları Samir Mehdizadə və Elvin Bayramov vurub.