03/02/2015

"Sumqayıt" FK "Rəvan"la yoxlama oyunu keçirəcək


Topaz Premyer Liqasının 3-cü dövrəsinə "İnter"lə heç-heçə (0:0) ilə başlayan "Sumqayıt" Futbol Klubu XX turda istirahət edəcək. Bu səbəbdən Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib. Belə ki, "Sumqayıt" FK "Rəvan"la yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma fevralın 5-də saat 13:00-da "Bayıl Arena"da keçiriləcək.