02/02/2015

"Sumqayıt" FK istirahəti başa vurdu və məşqlərə başladı


Topaz Premyer Liqasının 3-cü dövrəsinə "İnter"lə heç-heçə ilə başlayan "Sumqayıt" Futbol Klubu 2 günlük istirahəti başa vurub. Komandamız bu gün səhər "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçu yer almır. Baş məşqçi Aqil Məmmədov əvəzedici komandadan 2 futbolçu - Ramil Orucov və Aqil Güləhmədovu əsas heyətə cəlb edib. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda istirahət edəcək.