02/02/2015

U-19-dan qələbə, U-16 heç-heçə edib U-14 isə "Elit kuboku" ilə vidalaşıb


Ötən həftə AFFA-nın təşkil etdiyi liqalarda oyunlar keçirilib. "Sumqayıt" Futbol Klubunun 19 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda "Xəzər Lənkəran"ı 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Samir Mehdizadə, Emin Səfixanov, Mehdi Rzayev və Vüsal Buludlu vurub.

U-16 komandamız isə "Bayıl Arena"da "Neftçi" ilə "sülh bağlayıb" (1:1). Komandamızdan yeganə qolu Sənan Əsədov vurub.

Bundan başqa, "Bakcell U-14 Elit Kuboku" turnirində qrup mərhələsini uğurla başa vuran "Sumqayıt" FK 1/8 final mərhələsi çərçivəsində "Vətən"ə 1:0 hesabı ilə qalib gəlib. Komandamızdan yeganə qolu Məhəmməd Bağırov vurub. Lakin U-14 komandamız 1/4 final mərhələsində "İnter"ə 0:6 hesabı ilə məğlub olaraq mübarizəni erkən başa vurub.