30/01/2015

"Sumqayıt" FK 3-cü dövrəyə "İnter"lə heç-heçə ilə başladı


"İnter" - "Sumqayıt" 0:0
30 yanvar 2015. Saat 16:00. “İnter Arena”, 400 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Qolla nəticələnməyən penalti: Yohan Bokonyano, 77
Sarı vərəqələr: Yohan Bokonyano, 42 (qeyri-idman hərəkəti); Baçana Sxadadze, 60 (qeyri-idman hərəkəti) // Pərdis Fərcad-Azad, 90+3 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“İnter”
25. Səlahət Ağayev (k)
3. Laşa Salukvadze
12. Franka Nildo
15. Yohan Bokonyano
17. Məhəmməd Mirzəbəyov
21. Arif Daşdəmirov
28. Baçana Sxadadze
(19. Sezar Meza Kolli, 72)
80. Nizami Hacıyev
82. Ruben Şaken
(8. Mikel Alvaro, 58)
88. Derlis Meza Kolli
91. Coşqun Diniyev

Ehtiyat oyunçular:
1. Giorgi Lomaya
6. Slavco Georgiyevski
7. Abdulla Abatsiyev
24. Fuad Bayramov
90. Abbas Hüseynov

Baş məşqçi: Kaxaber Sxadadze

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(8. Budaq Nəsirov, 77)
77. Təvəkkül Məmmədov
(17. Pərdis Fərcad-Azad, 83)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Mikayıl Rəhimov
45. Murad Ağayev

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 3-cü dövrənin oyunlarına start verilib. "Sumqayıt" Futbol Klubu 19-cu turda səfərdə "İnter"in qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qapılara qol vurulmayıb. Oyunun 77-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Yohan Bokonyano penaltidən yararlana bilməyib.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “İnter” bizim üçün həmişə çətin rəqib olub. Buna baxmayaraq, bu gün yaxşı oyun sərgilədik. Sona qədər mübarizə aparan futbolçulara təşəkkür edirəm. Qələbə əldə edə bilməsək də, 1 xal qazandıq. Hücumda zəif deyildik. Sadəcə, “İnter” boşluqlar yaratmadı”.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Yaxşı oyun alındı. Məncə, Türkiyə toplanışından sonra həm özümüz, həm də mətbuat komanda barədə çox danışdıq. Belə demək mümkünsə, gözə gəldik. Penaltini ona görə Yohan vurdu ki, Baçana meydançada yox idi. Penalti vuranların sıralamasında Baçana birincidir. Amma mən penaltini qola çevirə bilməyən Yohanı qınamıram. Belə hallar olur. Komandadan getmə məsələm barədə danışmaq istəmirəm. Çünki mən çempionatın qarşıdakı oyunlarına köklənmişəm”.