28/01/2015

Pərdis Fərcad-Azad "Sumqayıt" FK ilə müqavilə imzalayıb


"Sumqayıt" Futbol Klubu qış "transfer pəncərəsi" zamanı növbəti futbolçunu heyətinə qatıb. Komandamızın sabiq üzvü Pərdis Fərcad-Azadla 1,5 illik müqavilə imzalayıb. Pərdis "Sumqayıt" FK-da 17 nömrəli formanı geyinəcək. Yeni müqavilə ilə bağlı 26 yaşlı futbolçu klubun rəsmi saytına açıqlama verib: "Bildiyiniz kimi, dizimdəki zədə ilə bağlı ağır əməliyyat keçirməli olmuşdum. Artıq 6 aylıq dövr arxada qalıb. Özümü əla hiss edirəm. 2 həftədir ki, "Sumqayıt" FK ilə hazırlaşıram. Bu gün isə yeni müqavilə imzalamışam. Özümü çempionata tam hazır sayıram".

Qeyd edək ki, Pərdis Fərcad-Azad 2013/2014 mövsümündə "Sumqayıt" FK-nun heyətində Premyer Liqada 24 qarşılaşmada 1874 dəqiqə meydanda olub və 6 qola imza atıb.