28/01/2015

"Sumqayıt" FK-nun əvəzediciləri 7 futbolçu ilə güclənib


Əvəzedicilərin çempionatında ilk yarını uğursuz şəkildə başa vuran "Sumqayıt" Futbol Klubunun əvəzediciləri qış "transfer pəncərəsi" zamanı heyətini 5 futbolçu ilə gücləndirib. Belə ki, komandamız Şahin Əliyev, Emin Əliyev, Məhərrəm Məmmədli, Aqil Güləhmədov, Samir İbrahimov, Elmir Rəhimzadə və Emin Səfixanovla müqavilə imzalayıb.

Qeyd edək ki, "Sumqayıt" FK-nun əvəzeidicləri "İnter"lə sabah qarşılaşcaq. Oyun saat 13:00-da "İnter Arena"da keçiriləcək.