27/01/2015

"Sumqayıt" FK "İnter"lə oyuna hazırlaşır


Topaz Premyer Liqasında fasilə başa çatır. Çempionatın 19-cu tur çərçivəsində "Sumqayıt" Futbol Klubu səfərdə "İnter"lə qarşılaşacaq. Bu məqsədlə Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da hazırlığını davam etdirir. Heyətdə zədəli futbolçu yer almır.

Qeyd edək ki, "İnter" - "Sumqayıt" oyunu yanvarın 30-da saat 16:00-da "İnter Arena"da keçiriləcək. Qarşılaşma İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.