23/01/2015

"Sumqayıt" FK son yoxlama oyununda "Zirə"yə qalib gəlib


"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsi üçün hazırlığını başa vurub. Aqil Məmmədovun komandası bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Komandamız 1-ci divizion təmsilçisi "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib. Komandamızdan qolları Tofiq Mikayılov, Slavik Alxasov, Orxan Məmmədov və Pərdis Fərcad-Azad vurub.