22/01/2015

"Sumqayıt" FK-nun əvəzediciləri "Şahdağ"la yoxlama oyunu keçirib


"Sumqayıt" Futbol Klubunun əvəzediciləri təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Samir Abasovun komandası 1-ci divizion təmsilçisi "Şahdağ"la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesabı heç-heçə ilə başa çatıb. Komandamızdan yeganə qolu Ramil Orucov vurub.