22/01/2015

"Sumqayıt" FK hazırlığını davam etdirir, növbəti rəqib "Zirə"dir


"Sumqayıt" Futbol Klubu Premyer Liqa üçün təlim-məşq toplanışını davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün növbəti məşqinə çıxıb. Komandamız səhər məşqində daha çox fiziki çalışmalara üstünlük verib. "Sumqayıt" FK axşam "Kapital Bank Arena"da növbəti məşqinə çıxacaq. Komandamız hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu yanvarın 23-də 1-ci divizion təmsilçisi "Zirə"yə qarşı keçirəcək. Həmin qarşılaşma saat 16:00-da "Kapital bank Arena"da start götürəcək.