20/01/2015

"Sumqayıt" FK AZAL-la yoxlama oyununda qüvvəsini sınayıb


Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Komandamız 2 gün əvvəl 0:0 hesablı heç-heçə etdiyi AZAL-a minimal hesabla məğlub olub.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu yanvarın 23-də "Kapital Bank Arena"da 1-ci divizion təmsilçisi "Zirə"yə qarşı keçirəcək.