19/01/2015

"Sumqayıt" FK “AccessCup” qızlar turnirinin qalibi olub


Xaçmaz Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı və AccessBank-ın dəstəyi ilə “AccessCup” qızlar turniri keçirilib. Turnirdə 2001-2006-cı il təvəllüldü 111 qız iştirak edib. Ümumilikdə 30 oyunun keçirildiyi yarışın qalibi adını “Sumqayıt” Futbol Klubunun qızlar komandası qazanıb. Sabir Mütəllimovun komandası həlledici görüşdə "Şahdağ" üzərində 3:0 hesabı qələbə qazanıb. Turnirin ən məhsuldar oyunçusu 18 qolla “Sumqayıt” FK-nun üzvü Jalə İldırımova olub. Yekunda komandamıza kubok təqdim olunub.