17/01/2015

"Sumqayıt" FK 2-ci yoxlama oyununda AZAL-la üz-üzə gəlib


Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. İlk yoxlama matçında "Bakı" ilə qarşılaşan (5:1) Aqil Məmmədovun komandası bu dəfə "Kapital Bank Arena"da AZAL-la üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu yanvarın 19-da "AZAL Arena"da yenidən AZAL-a qarşı keçirəcək.

"Sumqayıt" Futbol Klubu bu heyətlə çıxış edib: Andrey Popoviç, Cəmil Hacıyev, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Tərzin Cahangirov, Aleksandr Çertoqanov, Orxan Əliyev, Ruslan Poladov, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.

Meydana sonradan daxil olanlar: Şahruddin Məhəmmədəliyev, Nodar Məmmədov, Murad Ağayev, Budaq Nəsirov, Təvəkkül Məmmədov, Pərdis Fərcad-Azad.