14/01/2015

"Sumqayıt" FK təlim-məşq toplanışı çərçivəsində "Bakı" ilə qarşılaşıb


Topaz Premyer Liqasının 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu gündən etibarən təlim-məşq toplanışına yığışıb. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda sabahdan etibarən gündə iki dəfə olmaqla məşqlərini "Kapital Bank Arena"da keçirəcək.

Təlim-məşq toplanışı çərçivəsində "Sumqayıt" FK bu gün ilk yoxlama oyununu keçirib. Doğma meydanda "Bakı" ilə üz-üzə gələn komandamız qarşılaşmadan 5:1 hesablı üstünlüklə ayrılıb. Bu qarşılaşmada Məhəmməd Qurbanov dubl edib, digər qolları isə Orxan Əliyev, Tofiq Mikayılov və Budaq Nəsirov vurub. "Bakı" FK-dan yeganə qolu isə Nuran Qurbanov vurub.

"Sumqayıt" FK hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu yanvarın 17-də "Kapital Bank Arena"da AZAL-a qarşı keçirəcək. Həmin qarşılaşma saat 16:00-da start götürəcək.