12/01/2015

"Sumqayıt" FK "Bakı", əvəzedicilər isə "Neftçala" ilə qarşılaşacaq


"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsi üçün hazırlığı davam etdirir. Komandamız Aqil Məmmədovun rəhbərliyi altında bu gün "Kapital bank Arena"da növbəti məşqinə çıxıb. "Sumqayıt" FK sabahdan təlim-məşq toplanışına oturacaq. Qeyd edək ki, komanda hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 14-də "Bakı"ya qarşı keçirəcək. Həmin qarşılaşma saat 14:00-da "Kapital Bank Arena"da keçiriləcək.

Yeri gəlmişkən, "Sumqayıt" FK-nun əvəzediciləri də yanvarın 14-də saat 11:30 1-ci liqa təmsilçisi "Neftçala" ilə doğma arenada üz-üzə gələcək.