10/01/2015

"Sumqayıt" FK-nun əvəzediciləri "Şuşa" ilə qarşılaşıb


Çempionatın 3 və 4-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubunun əvəzedici komandası ilk yoxlama oyununu keçirib. Samir Abasovun komandası "Kapital Bank Arena"da 1-ci divizion təmsilçisi "Şuşa" ilə üz-üzə gəlib. Qarşılaşmada kifayət qədər qol imkanları olsa da, qapılar toxunulmaz saxlanılıb.

Xatırladaq ki, "Sumqayıt" FK-nun əvəzediciləri növbəti yoxlama oyununu yanvarın 14-də saat 13:00-da "Kapital Bank Arena"da "Neftçala"ya qarşı keçirəcək.