05/01/2015

Allah rəhmət eləsin!


AFFA-nın Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov dünyasını dəyişib. 1945-ci il oktyabrın 22-də anadan olmuş mərhum uzun illər SSRİ çempionatının 1-ci dəstəsində çıxış edən Sumqayıtın "Polad", daha sonralar "Xəzər" klubunun rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülən Şamilov 2000-ci ildən Şimal Regional Futbol Federasiyasının prezidenti vəzifəsində çalışıb. O, 2009-cu ildə "Tərəqqi" medalına layiq görülüb.

"Sumqayıt" Futbol Klubu adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.