05/01/2015

"Sumqayıt" FK 3-cü dövrə üçün hazırlığa start verdi


"Sumqayıt" Futbol Klubu 2014/2015 mövsümünün 3-cü dövrəsi üçün hazırlığa start verib. Komandamız Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni ildə ilk məşqinə çıxıb. Komandamızın heyətində zədəli futbolçu yer almır. "Sumqayıt" FK yanvarın 11-dən etibarən Sumqayıtda təlim-məşq toplanışına yığışacaq. Komandamız bu proses çərçivəsində 4 yoxlama görüşü keçirəcək. "Sumqayıt" FK yanvarın 17-də AZAL-la üz-üzə gələcək.