29/12/2014

Bəxtiyar Həsənalızadə "Sumqayıt" FK ilə yeni müqavilə imzaladı


"Sumqayıt" Futbol Klubu müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqaviləyə imza atıb. 2014/2015 mövsümünün yekununda müqaviləsi bitəcək olan əslən sumqayıtlı futbolçumuzla daha 1 illik razılaşma imzalanıb.

Qeyd edək ki, Bəxtiyar arxada qalan 16 turun 15-də çıxış edib. O, 15 qarşılaşmada ümumilikdə 1021 dəqiqə meydanda olub.