29/12/2014

Tərlan Əhmədli "Zirə"yə icarəyə verilib


"Sumqayıt" Futbol Klubunun və 21 yaşadək Azərbaycan millisinin qapıçısı Tərlan Əhmədli "Zirə"də çıxış edəcək. 1994-cü il təvəllüdlü qolkiper mövsümün sonuna qədər adıçəkilən kluba icarəyə verilib.

Qeyd edək ki, Tərlan cari mövsümdə "Sumqayıt" FK-nun əvəzedici komandasında 13 oyunda meydana çıxıb.