29/12/2014

"Sumqayıt" FK yanvarın 5-də yığışacaq


"Sumqayıt" Futbol Klubunun Topaz Premyer Liqasınını 2014/2015 mövsümü üçün qış hazırlıq planı bəlli olub. Belə ki, komandamız 3və 4-cü dövrənin hazırlıq mərhələsini ölkə daxilində keçirəcək. "Sumqayıt" FK yanvarın 5-də bir araya gələcək. Aqil Məmmədovun yetirmələri yanvarın 11-dən başlayaraq Sumqayıtda təlim-məşq toplanışına yığışacaq. Komandamız yanvarın 14, 17,20 və 23-də yoxlama oyunları keçirəcək. Rəqiblər haqqında saytımlızda məlumat verəcəyik.