25/12/2014

"Sumqayıt" FK-nun akademiyası 2014-cü ili qələbə ilə tamamladı


AFFA-nın təşkil etdiyi Futbol Liqalarında ilk dövrələr başa çatıb. Bu gün "Kapital Bank Arena"da U-16 liqasında 2014-cü ilin son oyunu keçirilib. "Sumqayıt" FK-nun 16 yaşadək futbolçulardan ibarət komandası "Vətən" üzərində 8:0 hesablı qələbə qazanıb. Komandamızdan qolları Sənan Əsədov (5 qol), Asif Hacıyev (2) və Nicat Sərdarlı vurub. Qarşılaşmadan sonra U-16 komandamız qələbəni masa arxasında qeyd edib.

"Bakcell U-17 Liqası"nda uğurlu çıxışı ilə diqqət çəkən "Sumqayıt" FK U-17 kubokda "İnter" üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Komandamız əlavə vaxtda paytaxt klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Elmin Bayramov və Şəhriyar Haqverdiyev vurub.

Bu həftə U-19 Liqasında da ilin son oyunu baş tutub. "Sumqayıt" FK U-19 "Rəvan"a 0:3 hesabı ilə məğlub olub.