24/12/2014

"Sumqayıt" FK STATİSTİKA / FUTBOLÇULAR


Topaz Premyer Liqasında 2014/2015 mövsümündə 18 tur arxada qalıb. I və II dövrənin oyunları başa çatdığından komandalar fasiləyə yollanıb. Arxada qalan 2 dövrə ərzində "Sumqayıt" Futbol Klubunun baş məşqçisi Aqil Məmmədov ümumilikdə 22 futbolçunun xidmətindən yararlanıb. 18 tur ərzində "Sumqayıt" FK-da ən çox forma geyinmiş futbolçular - Ruslan Poladov, Nodar Məmmədov və Tərzin Cahangirovdur. Hər üç futbolçu 16 qarşılaşmada meydana çıxıb. Dəqiqə etibarı ilə ən çox meydanda olan futbolçu kapitan Ruslan Poladovdur. O, 1423 dəqiqə oynayıb. 16 qarşılaşmada çıxış etmiş Nodar Məmmədov 1368 dəqiqə, Tərzin Cahangirov isə 1320 dəqiqə meydanda olub. İlk 2 dövrədə ən az oyun keçirmiş futbolçular isə Şəhriyar Xəlilov və Ceyhun Cavadovdur.

Ruslan Poladov (16) - 1423 dəqiqə
Nodar Məmmədov (16) - 1368
Tərzin Cahangirov (16) - 1320
Bəxtiyar Həsənalızadə (15) - 1021
Məhəmməd Qurbanov (14) - 1261
Aleksandr Çertoqanov (14) - 1169
Slavik Alxasov (14) - 966
Tofiq Mikayılov (14) - 937
Orxan Əliyev (14) - 878
Vurğun Hüseynov (13) -1125
Təvəkkül Məmmədov (12) - 630
Andrey Popoviç (10) - 900
Ramazan Abbasov (10) - 637
Kiyan Sultanpur (10) - 310
Şahruddin Məhəmmədəliyev (6) - 540
Cəmil Hacıyev (6) - 491
Murad Ağayev  (5) - 209
Fərid Quliyev  (5) - 111
Tagim Novruzov (4) - 271
Budaq Nəsirov  (3) - 47
Ceyhun Cavadov (1) - 7
Şəhriyar Xəlilov  (1) - 3