21/12/2014

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb


"Qarabağ" - "Sumqayıt" 2:0
21 dekabr 2014. Saat 15:30. Tofiq Bəhramov adına Respublika stadionu,1000 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Nihad Əliyev
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Cavid Tağıyev, 62 (qeyri-idman hərəkəti); Qara Qarayev, 89 (qeyri-idman hərəkəti) // Nodar Məmmədov, 59 (sistematik qayda pozuntusu); Budaq Nəsirov, 66 (qeyri-idman hərəkəti)
Qollar: Leroy Corc, 26; Vurğun Hüseynov, 56 (ö.q)
Qolla nəticələnməyən penalti: Ramazan Abbasov
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Qarabağ”
1. Fərhad Vəliyev
2. Qara Qarayev
5. Maksim Medvedev
10. Muarem Muarem
14. Rəşad Sadıqov (k)
20. Riçard Almeyda
(11. Danilo Dias, 73)
25. Ansi Aqolli
41. Leroy Corc
(7. Namiq Yusifov, 46)
55. Bədavi Hüseynov
77. Cavid Tağıyev
(18. İlqar Qurbanov, 82)
99. Namiq Ələsgərov

Ehtiyat oyunçular:
12. Ağaseyid Qasımov
3. Tərlan Quliyev
6. Hacı Əhmədov
24. Admir Teli

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
(96. Budaq Nəsirov, 60)
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
(86. Fərid Quliyev, 73)
10. Tərzin Cahangirov
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(17. Ramazan Abbasov, 77)
77. Təvəkkül Məmmədov
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
1. Andrey Popoviç
11. Kiyan Sultanpur
14. Məhəmməd Qurbanov
45. Murad Ağayev

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 18-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu Tofiq Bəhrəmov adına Respublika stadionunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmanın 90-cı dəqiqəsində komandamızın üzvü Ramazan Abbasov penalti zərbəsindən yararlana bilməyib.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): "Qarabağ”ın gücünü etiraf edirəm. Həm də qeyd etməliyəm ki, biz də öz oyunumuzu göstərə bilmədik. Yəqin ki, yorğunluq var. “Qarabağ”ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun sərgiləsək də, uduzuruq. Elə olur ki, futboldan birdəfəlik getmək istəyirəm. Yaxşı oynadığımız bəzi oyunlarda qələbə əldə edə bilməmişik”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Yaxşı oyun alındı. Futbolçular çox yorulub. Buna baxmayaraq, oyunu düzgün qurmağa çalışdıq. “Sumqayıt” elə bir komandadır ki, qol vurmadan meydançadan çıxmır. “Sumqayıt” liderlərə qarşı yaxşı çıxış edir. Bizə qarşı oyunda da belə oldu. Düşünürəm ki, oyunçularım istirahəti gözləyirdilər. Qış fasiləsinə gedərkən deməliyəm ki, yaxşı nəticələrimiz oldu. Futbolçularıma, azarkeşlərə, jurnalistlərə təşəkkür edirəm. İnnosent Emeqaranın durumuna gəlincə, onun transfer hüququ bizə məxsusdur. Hazırda anasının yanında olan futbolçu barədə düşünəcəyik. Onun bizimlə müqaviləsi var. Mənə vaxt lazımdır ki, Emeqara barədə qərar verim. Düşünmürəm ki, klubdan ayrılsın. Məsələni düşünməliyəm”.