18/12/2014

"Sumqayıt" FK "Kapital Bank Arena"da "Qəbələ" ilə heç-heçə edib


"Sumqayıt" - "Qəbələ" 1:1
18 dekabr 2014. Saat 15:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Rəvan Həmzəzadə, Rza Məmmədov,
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: A. Çertoqanov, 33. T. Mikayılov, 63. M.Qurbanov, 86. T.Cahangirov, 89. O.Əliyev, 90+1.
Qollar: Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (pen.).
Artırılan vaxt: I hissədə - dəq.; II hissədə - dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
(2. Slavik Alxasov, 71)
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(96. Budaq Nəsirov, 81)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
11. Kiyan Sultanpur
17. Ramazan Abbasov
77. Təvəkkül Məmmədov
86. Fərid Quliyev

Baş məşqçi: Aqil Məmmədov

“Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
(8. Markus Kunya, 75)
5. Sadiq Quliyev
10. Dodo
(21. Yazalde Pinto, 89)
14. Cavid Hüseynov
15. Ruslan Abışov
25. Adrian Ropotan
27. Bəxtiyar Soltanov
34. Urfan Abbasov
44. Rafael Santos
(26. Pavol Farkaş, 73)
90. Ekiqo Ehiosun

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
13. Murad Musayev
16. Ruslan Tağızadə
99. Tellur Mütəllimov

Məşqçi: Sənan Qurbanov

Topaz Premyer Liqasında 17-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Qəbələ" ilə heç-heçə edib (1:1). Komandamızdan yeganə qolu 67-ci dəqiqədə Məhəmməd Qurbanov vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”.

Sənan Qurbanov (“Qəbələ”nin məşqçisi): “Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız “Qarabağ”la oyunda yorulmuşdu. “Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”.