14/12/2014

"Sumqayıt" FK "Neftçi" ilə görüşdən məğlub ayrılıb


"Neftçi" - "Sumqayıt" 3:2
14 dekabr 2014. Saat 17:00. “Bakcell Arena”, 2000 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, İsgəndər Əliyev
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Məqsəd İsayev, 23 (qeyri-idman hərəkəti); Mirhüseyn Seyidov, 54 (qeyri-idman hərəkəti) // Nodar Məmmədov, 43 (qeyri-idman hərəkəti)
Qollar: Ruslan Qurbanov, 51, 73; Araz Abdullayev, 56 // Orxan Əliyev, 34, 64
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Neftçi”
30. Saşa Stamenkoviç
2. Karlos Kardozo
5. Elvin Yunuszadə
7. Araz Abdullayev
9. Flavinyo (k)
11. Nikolas Kanales
15. Erik Ramos
19. Mirhüseyn Seyidov
27. Məqsəd İsayev
28. Emin Mehtiyev
(23. Ruslan Qurbanov, 46)
(21. Samir Məsimov, 90)
90. Ernest Nfor
(18. Kaue da Silva, 66)

Ehtiyat oyunçular:
12. Pavel Doroşevs
3. Denis Silva
17. Nicat Qurbanov
95. Elvin Bədəlov

Baş məşqçi: Arif Əsədov

“Sumqayıt”
1. Andrey Popoviç
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
(2. Slavik Alxasov, 20)
15. Nodar Məmmədov
(86. Fərid Quliyev, 46)
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
11. Kiyan Sultanpur
17. Ramazan Abbasov
77. Təvəkkül Məmmədov
96. Budaq Nəsirov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 16-cı turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Bakcell Arena"da "Neftçi"yə 2:3 heabı ilə məğlub olub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Çətin olacağını bilirdik. Komandaların ustalıq səviyyəsi eyni deyil. İki müdafiəçinin səhvindən qol buraxdıq. Bütün qollarda müdafiəçilərimizin kobud səhvləri vardı. Müdafiədə mütləq dəyişiklik etməliyik. Dəyişiklik olmasa, belə davam edəcək".

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “4 turdur ki, qələbə qazana bilmirdik. Meydançaya qələbə üçün çıxmışdıq. İlk dəqiqələrdə şanslarımız olsa da, istifadə edə bilmədik. Əvəzində qapımızda qol gördük. “Sumqayıt” yaxşı təsir bağışladı. Buna baxmayaraq, toparlanıb, qələbəni əldə etdik. Biz ilk dəqiqələrdən hücuma atıldıq. Xarakter nümayiş etdirib qələbə qazandıq”.