10/12/2014

"Sumqayıt" FK "Neftçi" ilə oyunun hazırlığına başladı


Topaz Premyer Liqasının 15-ci turunda doğma arenada "Simurq" üzərində qələbə qazanan (2:1) "Sumqayıt" Futbol Klubu növbəti 1 günlük istirahəti başa vurub. Növbəti turda səfərdə "Neftçi" ilə qarşılaşacaq Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da məşqə çıxıb. Komandanın heyətində zədəli və cəzalı futbolçu yer almır. Bu arada, əvəzedici komandanın iki üzvü - Fərid Kərimzadə və Ramil Orucov əsas komanda ilə məşqlərə qatılıb.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu dekabrın 14-də saat 17:00-da "Bakcel Arena"da keçiriləcək.