07/12/2014

"Sumqayıt" FK "Simurq" üzərində əzmkar qələbə qazandı


"Sumqayıt" - "Simurq" 2:1
7 dekabr 2014. Saat 16:00. “Kapital Bank Arena”, 1000 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Elman Musayev, Azər Əsgərov
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: A. Çertqanov, 73 N. Məmmədov, 90+1 // Osioko, 13. İ. Qırtımov, 21. Ə. Gökdəmir, 73.
Qollar: Tofiq Mikayılov, 38 Məhəmməd Qurbanov, 80 - Rəşad Eyubov, 5.
Artırılan vaxt; II hissədə - 3dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
10. Tərzin Cahangirov
9. Orxan Əliyev
(96. Budaq Nəsirov, 86)
14. Məhəmməd Qurbanov
(11. Kiyan Sultanpur, 90+2)
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(2. Slavik Alxasov, 68)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
17. Ramazan Abbasov
77. Təvəkkül Məmmədov
86. Fərid Quliyev

Baş məşqçi: Aqil Məmmədov

“Simurq”
1. Pavel Kapsa
2. İlkin Qırtımov
5. Vadim Abdullayev
(25. Oruc Balaşlı, 84)
6. Samir Zərgərov
8. Patrik Osiako
(15. Stepan Polyak, 46)
10. Rəşad Eyyubov
11. Draqan Çeran
13. Əli Gökdemir
20. İdan Vaytsman
26. Benjamin Lambot
88. Marko Stanoyeviç

Ehtiyat oyunçular:
35. Amil Ağacanov
3. Adam Banaş
16. Məhərrəm Hüseynov
21. Murad Səttarlı
33. Kənan Müslümov

Baş məşqçi: George Çixradze

Topaz Premyer Liqasında 15-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Simurq"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Simurq” həmişə çətin rəqib olub. Bu komandaya qarşı oynamaq bizim üçün çətindir. “Sumqayıt” komandası Topaz Premyer Liqasında “Simurq” üzərində ilk qələbəsini qazandı. Biz 9 oyundur ki, qələbə əldə etmirdik. Gərginlik vardı. Odur ki, bu qələbə bizim üçün çox vacibdir. Fanatlarımızı və futbolçularımızı təbrik edirəm”.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Oyun hərəkətli keçdi. Əgər qol vəziyyətin varsa, bundan yararlanmaq lazımdır. Oyunda bunu bacarmadıq. Düzdür, ilk qolu biz vurduq. Qoldan sonra da hücum edən tərəf biz idik. Bərabərlikdən sonra hesabda yenidən dəyişiklik etmək istədik. Amma bütün bu imkanlardan yararlana bilmədik”.