02/12/2014

"Sumqayıt" FK U-17 "Kəpəz" üzərində qələbə qazanıb, U-14 isə "Neftçi" ilə heç-heçə edib


"Sumqayıt" Futbol Klubunun akademiyası növbəti oyunlarını keçirib. Əvvəlcə U-14 komandamız "Neftçi" ilə səfərdə heç-heçə edib (1:1). Komandamızdan yeganə qolu Eltun Nağıyev vurub.
17 yaşadək futbolçulardan ibarət komandamız isə Gəncədə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib. Bu qarşılaşmada Samir Mehdizadə dubl edib. Bununla adıçəkilən futbolçumuz cari mövsümdə U-17 Liqasında 10-cu qolunu vurub.
U-15 komandamız isə "Kapital Bank Arena"da "Bakı"ya 0:1 hesabı ilə məğlub olub.
U-19 qızlar liqasında mübarizə aparan qızlar komandamız isə doğma meydanda "Vətən"lə 2:2 hesablı heç-heçə edib. Bu görüşdə Təhminə Süleymanzadə 2 qol vurub.