14/08/2011

Sumqayıt Şəhər – Qəbələ (protokol)


Unibank Premyer Liqasının II turu çərçivəsində “Sumqayıt Şəhər” “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu 90+3-cü dəqiqədə Orxan Əliyev vurub.

"Sumqayıt Şəhər" – "Qəbələ" 1:2

14 avqust 2011. Saat 18:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 8000 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Coşqun Həsənov
Dördüncu hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Nüvər Xasıyev
Sarı vərəqələr: Vurğun Hüseynov, 28 (hakimə etiraz); Luiz Hilario, 81 (qeyri-idman hərəkəti)
Qollar: Orxan Əliyev, 90+3 // Luiz Hilario, 5; Daniel Lopes Kruz, 41
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

“Sumqayıt Şəhər” 

55. Andrey Popoviç
4. Samir Abasov (k)
22. Ruslan Tağızadə
16. Hacı Əhmədov
2. Slavik Alxasov
(15. Aleksandr Qross, dəq.46)
8. Emin Mustafayev
25. Rəşad Kərimov
(95. Ruslan Nəsirli, dəq.71)
11. Kamil Nurəhmədov
10. Eşqin Quliyev
(19. Orxan Əliyev, dəq.37)
7. Mahmud Qurbanov
90. Eldar Məmmədov

Ehtiyat oyunçular:
12. Sahil Kərimov
5. Ramil Nuriyev
17. Aqil Məmmədov
50. Samir Abdulov

Baş məşqçi: Bernhard Raab

“Qəbələ” 

12. Pavels Doroşevs
3. Vurğun Hüseynov
4. Mahir Şükürov (k)
(7. Yaşar Abuzərov, dəq.90)
6. Lyuba Baranin
9. Viktor Mendi
(17. Arif İsayev, dəq.77)
10. Deon Barton
(15. Nodar Məmmədov, dəq.64)
16. Abdulkader Kamara
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
26. Daniel Lopes Kruz
77. Luiz Hilario

Ehtiyat oyunçular: 
30. Anar Nəzirov
19. Rövşən Əmiraslanov
22. Murad Hüseynov
33. Saşa Yunisoğlu

Baş məşqçi: Toni Adams

Bernhard Raab (“Sumqayıt Şəhər” klubunun baş məşqçisi):
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Əsas çətinliyimiz standard vəziyyətlərdən qol buraxmağımızdır. Rəqib də bundan istifadə etdi. Birinci hissədə zəif oynadıq, ikinci hissədə taktikanı dəyişdik, komandanın oyunu xoşuma gəldi. Bir qol vura bildik, hesabı bərabərləşdirmək üçün vaxtımız qalmamışdı. Gənc komandayıq, qarşıda hələ oyunlarımız var. Daha yaxşı oynamağa çalışacağıq”.

Toni Adams (“Qəbələ” klubunun baş məşqçisi):
“Qalib gəldiyimizə görə çox şadam. Lakin, qeyd etməliyəm ki, ötən turda “Bakı” ilə keçirdiyimiz matçda daha yaxşı oyun göstərmişdik. Standart vəziyyətlərdən vurduğumuz qollar oyunun gedişini dəyişdi. Rəqibin “Xəzər Lənkəran”la ötən turdakı oyununu izləmişdik. Baş məşqçiləri komandanı oyuna çox yaxşı hazırlayır”.