04/11/2014

"Sumqayıt" FK həftəsonu yığışacaq və "Qəbələ" ilə yoxlama oyunu keçirəcək


Topaz Premyer Liqasının 11-ci turunda "İnter"lə qarşılaşmadan sonra "Sumqayıt" Futbol Klubu istirahətə buraxılıb. Aqil Məmmədovun komandası noyabrın 7-də yığışacaq. Komandamız məşqlərini Sumqayıtda keçirəcək. Hazırlıq məqsədi ilə "Sumqayıt" FK "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma noyabrın 12-də "Kapital Bank Arena"da keçiriləcək.