03/11/2014

Məhəmməd Qurbanov A milli komandaya çağırılıb, 3 futbolçumuz U-21-də


Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. "Sumqayıt" Futbol Klubunun hücumçusu Məhəmməd Qurbanov A millinin heyətinə çağırılıb. Vurğun Hüseynov isə ehtiyat siyahıda yer alıb.

Bundan başqa, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 4-dən 10-dək Bakı şəhərində, noyabrın 11-dən 17-dək isə Maltanın Valetta şəhərində təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 16-da “Hibernians” stadionunda Maltanın U-21 yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək. Klubumuzun 3 futbolçusu - Şahruddin Məhəmmədəliyev, Cəmil Hacıyev və Tərlan Əhmədli U-21-ə dəvət alıb.