03/11/2014

"Sumqayıt" FK U-10, U-11, U-12 və U-13 qələbə qazanıb


Həftəsonu "Sumqayıt" Futbol Klubununakademiyası AFFA-nın təşkil etdiyi çempionatlarda növbəti oyunlarını keçirib.

"Sumqayıt" FK-nun 10 yaşadək futbolçulardan ibarət komandası "Abşeron" üzərində 6:2 hesablı qələbə qazanıb. Komandamızdan qolları İbrahim Nağıyev (2), Kənan Cavadlı (2), Cavidan Hacızadə və Rəvan Əskərzadə vurub.

U-11 komandamızda turu böyükhesablı qələbə ilə başa vurub. "Həkəri" ilə ba tutan qarşılaşmada (8:0) Mübariz Hüseynzadə (2), Ruhid Mustafayev (2), Fərid Abbasov (2), Süleyman Süleymanov və Əli Əlizadə fərqlənib.

U-12 komandamız isə həftəsonu "Babək"i 6:0 hesabı ilə üstələyib. Bu görüşdə isə Alı Alıyev (2), Hüseyn Yusifzadə (2), Murad Əzizbəyov və Rüstəm Hümbətov fərqlənib.

"Sumqayıt" FK U-13 UGİM üzərində 3:0 hesablı qələbə qazanıb. Rəşad Kərimov, Nihad Yaqubzadə və Fərhad Salamzadə vurulan qolların müəllifi olub.

Yalnız U-14 komandamız turu məğlubiyyətlə başa vurub. 14 yaşadək futbolçulardan ibarət komandamız "Bakı"ya 0:3 hesabı ilə məğlub olub.