02/11/2014

"Sumqayıt" FK "İnter"lə qarşılaşmadan 1 xalla ayrılıb


"Sumqayıt" - "İnter" 0:0
2 noyabr 2014. Saat 16:00. “Kapital Bank Arena”. 1500 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 43 (qeyri-idman hərəkəti) // Coşqun Diniyev, 61 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
3. Vurğun Hüseynov
5. Cəmil Hacıyev
7. Ruslan Poladov (k)
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(45. Murad Ağayev, 68)
77. Təvəkkül Məmmədov
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
8. Ceyhun Cavadov
9. Orxan Əliyev
11. Kiyan Sultanpur
17. Ramazan Abbasov
86. Fərid Quliyev

Baş məşqçi: Aqil Məmmədov

“İnter”
25. Səlahət Ağayev (k)
3. Laşa Salukvadze
5. Aleksandr Amisulaşvili
8. Mikel Alvaro
(11. Asif Məmmədov, 61)
12. Franka Nildo
15. Yohan Bokanyano
(10. Elvin Məmmədov , 72)
17. Məhəmməd Mirzəbəyov
21. Arif Daşdəmirov
80. Nizami Hacıyev
(27. Dieqo Madriqal, 78)
88. Derlis Meza Kolli
91. Coşqun Diniyev

Ehtiyat oyunçular:
1. Giorgi Lomaya
4. İvan Benitez
6. Slavco Georgiyevski
7. Abdulla Abatsiyev

Baş məşqçi: Kaxaber Sxadadze

Topaz Premyer Liqasında 11-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "İnter"i qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qapılara qol vurulmayıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “İnter” bizim üçün çətin rəqiblərdən biridir. Bu komandaya qarşı oynamaq bizim üçün həmişə çox çətin olub. 5 oyundur ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Sumqayıt”ı təbrik edirəm. Rəqib yaxşı müdafiə olundu. Bizim şanslarımız daha çox oldu. Amma təəssüflər olsun ki, istifadə edə bilmədik. Bu isə onu göstərir ki, biz dəyişikliklər etməliyik. Daha doğrusu dəyişiklik edəcəyik. Həyat davam edir. İrəli baxmalıyıq. Problemlər var, bunun üzərində çalışmalıyıq”.