29/10/2014

"Sumqayıt" FK "Xəzər Lənkəran"la qarşılaşmadan məğlub ayrılıb


"Sumqayıt" - "Xəzər Lənkəran" 1:2
29 oktyabr 2014. Saat 16:00. “Kapital Bank Arena”. 1500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Coşqun Həsənov
Dördüncü hakim: Nail Nağıyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: T. Novruzov, 48 // E. Abdullayev, 58. R. Əmirquliyev, 79. 
Qollar: M. Qurbanov, 43 // F. Qabriel, 26. A. Sankoh, 65.
Artırılan vaxt: I hissədə - dəq.; II hissədə - dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
3. Vurğun Hüseynov
6. Tagim Novruzov
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
(77. Təvəkkül Məmmədov, 34)
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
17. Ramazan Abbasov
(86. Fərid Quliyev, 68)
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
5. Cəmil Hacıyev
11. Kiyan Sultanpur
45. Murad Ağayev
92 Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Aqil Məmmədov

“Xəzər Lənkəran”
1. Orxan Sadıqlı
5. Tyeqo de Xesus
6. Rəşad Sadiqov
7. Sadio Tounkara
(99. Deyan Blajevski, 90+3)
8. Qalin İvanov
(97. Elnur Cəfərov, 77)
11. Rauf Əliyev
13. Aleksandr Şemonayev
14. Rahid Əmirquliyev (k)
27. Adrian Skarlatake
28. Fernando Qabriel
(10. Elnur Abdullayev, 57)
63. Alfred Sankoh

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
3. Vanderson Skarduelli
18. Tural Cəlilov
33. Rasim Ramaldanov

Baş məşqçi: Oğuz Çətin

Topaz Premyer Liqasında 10-cu turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Xəzər Lənkəran"a 1:2 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu 43-cü dəqiqədə Məhəmməd Qurbanov vurub. Adıçəkilən futbolçumuz bununla cari mövsümdə Premyer Liqada 5-ci qoluna imza atıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Məncə, iki fərqli hissə oldu. Uduzsaq belə, komandamdan razıyam. Bəxtimiz gətirmədi. Futbolda belə hallar mümkündür. Biz məğlubiyyətə layiq deyildik. Bütün bunlara rəğmən, “Xəzər Lənkəran”ı təbrik edirəm. “Qəbələ” ilə oyundan sonra sərt danışıb, cəzalanmışam. Burada nə var ki? Mən sözümü orada dedim. İndi nəsə münasibət bildirmək istəmirəm. Komandamızda hücumçu problemi var. Təkcə Məhəmməd Qurbanov ümidləri doğruldur. Mən ona güvənirəm”.

Oğuz Çetin (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qələbəyə görə şadam. Biz bu gün ən çətin oyunlarımızdan birini keçirdik. Gənc, mübarizə aparan, yaxşı hazırlanmış komandaya qarşı oynadıq. “Sumqayıt”ı təbrik etmək istəyirəm, yaxşı oynadılar. Bizim üstünlüyümüz odur ki, topla yaxşı davranırıq. Bu gün eyni işləri həyata keçirə bilmədik. Mübarizə ön planda idi. Bundan məmnunam. Açığı, bu gün öz oyunumuzu sərgiləyə bilmədik. Biz topu özümüzdə yaxşı saxlaya bilmədiyimiz üçün rəqibin təzyiqi artırdı. Ona görə də son fitə qədər biz təzyiq altında çıxış etdik”.