27/10/2014

"Sumqayıt" FK U17 "Bakı" ilə heç-heçə etdi, U-10, U-11 və U-12 turu qələbə ilə başa vurub


"Sumqayıt" Futbol Klubunun akademiyası oyunlarını davam etdirir. Bu gün U-17 liqasında mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət komandamız doğma meydanda "Bakı" ilə qarşılaşıb və oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan qolları Vüsal Buludlu və Şəhriyar Haqverdiyev vurub.

Həftəsonu isə akademiyada 4 oyun keçirilib. U-10 liqasının start götürməsi ilə 10 yaşadək futbolçulardan ibarət komandamız Sumqayıtın "Beşiktaş" klubunu 8:2 hesabı ilə məğlub edib. Komandamızdan qolları İbrahim Nağıyev (3), Kənan Cavadlı (2), Rəvan Əskərzadə, Elariz Əliyev və Qulamhüseyn Həsənov vurub.

U-12 komandamız isə "Sumqayıtspor"u minimal hesabla üstələyib. Yeganə qolu Ruhid Mustafayev vurub.

"Sumqayıt" FK-nun 11 yaşadək futbolçulardan ibarət komandası isə "UGİM-1" üzərində 6:3 hesablı qələbə qazanıb. Bu oyunda Mübariz Hüseynzadə (3), Fərid Abbasov (2) və Əli Əlizadə fərqlənib.

U-14 komandamız isə həftəsonu AZAL-la heç-heçə edib (0:0).