24/10/2014

"Sumqayıt" FK səfərdə "Qəbələ"yə məğlub olub


"Qəbələ" - "Sumqayıt" 3:1
24 oktyabr 2014. Saat 17:00. Qəbələ şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Rəvan Həmzəzadə
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 29 (qeyri idman hərəkəti); Orxan Əliyev, 64 (qeyri idman hərəkəti); Ruslan Poladov, 89 (qeyri idman hərəkəti)
Qollar: Cavid Hüseynov, 77; Pavol Farkaş, 88; Ekiqo Ehiosun, 90+2 // Ramazan Abbasov, 40
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
8. Vidal Kunya Markus
(90. Ekiqo Ehiosun, 46)
9. Viktor Mendi
(21. Yazalde Pinto, 54)
10. Dodo
14. Cavid Hüseynov
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
(11. Andrei Kristea, 75)
26. Pavol Farkaş
44. Rafael Santos
88. Müşfiq Teymurov

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
12. Aleksandru Benqa
15. Ruslan Abışov

Baş məşqçi: Dorinel Munteanu

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
(5. Cəmil Hacıyev, 49)
3. Vurğun Hüseynov
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
17. Ramazan Abbasov
(77. Təvəkkül Məmmədov, 61)
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(11. Kiyan Sultanpur, 80)

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
6. Tagim Novruzov
45. Murad Ağayev
86. Fərid Quliyev

Baş məşqçi: Aqil Məmmədov

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində səfərdə "Qəbələ" ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu Ramazan Abbasov vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. Biz 10:1 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir. “Qəbələ” barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki “Qəbələ” bu gün qələbəyə layiq deyildi”.

Dorinel Munteanu (“Qəbələ”nin baş məşqçisi): “Bilirdik ki, oyun çətin keçəcək. Çünki “Sumqayıt” qısa bir zamanda liderliyə yüksəlmişdi. Düşünürəm ki, ilk hissədə “Sumqayıt”ın bir şansı oldu və bundan yararlandı. İki fərqli hissə izlədik. Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı. Mən komandamı qələbə münasibəti ilə təbrik etmişəm. Ekiqo bu gün yaxşı oynadı. Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı idi. Qol ötürməsi verdi, qol vurdu. Oyuna fəal qoşuldu, hərəkətlilik yaratdı”.