20/10/2014

"Sumqayıt" FK "Qəbələ" ilə oyunun hazırlığına başlayıb


Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu 1 günlük istirahəti başa vurub. Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da səhər məşqinə çıxıb. "Neftçi" ilə qarşılaşmada zədələnən Tofiq Mikayılovdan başqa, Bəxtiyar Həsənalızadə də zədə səbəbindən məşqdə iştirak etməyib.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu oktyabrın 24-də keçiriləcək.