20/10/2014

"Sumqayıt" FK U-13, U-12 və U-11 həftəsonu turu qələbə ilə başa vurub


"Sumqayıt" Futbol Klubunun akademiyası arxada qalan həftəni qələbələrlə başa vurub.

İlk öncə "Sumqayıt" Futbol Klubunun 13 yaşadək futbolçulardan ibarət komandası İOEUGİM üzərində minimal hesablı qələbə qazanıb. Komandamızdan yeganə qolu Fərhad Salamzadə vurub.

"Sumqayıt" FK U-12 isə UGİM-1-i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan Hüseyn Yusifzadə və Alı Alıyev fərqlənib.

11 yaşadək futbolçulardan ibarət komandamız isə "Təhsil"də üstün olub (5:3). Komandamızdan qolları Ruhid Mustafayev (2), Əli Əlizadə (2) və Mübariz Hüseynzadə vurub.

Bundan başqa, U-17 komandamız Kubok oyununda "Vətən" üzərində 4:1 hesabl qələbə qazanıb. Komandamızdan qolları Şəhriyar Haqverdiyev (2), Taleh İsgəndərov və Tural Fəttayev vurub.