18/10/2014

Müstəqillik gününüz mübarək!


Bu gün - oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunduğu gündür. İstiqlaliyyətimizi yenidən qazanmağımızın 23 yaşı tamam olur.

18 oktyabr 1991-ci ildən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bayram kimi qeyd edir.

“Sumqayıt” Futbol Klubu Azərbaycan xalqını dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümü münasibəti ilə təbrik edir.