17/10/2014

"Sumqayıt" FK "Neftçi"yə minimal hesabla uduzdu


"Sumqayıtt" - "Neftçi" 0:1
17 oktyabr 2014. Saat 16:00. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rahil Ramazanov
Dördüncü hakim: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 67 (Qeyri idman hərəkəti); Slavik Alxasov, 90 (Qeyri idman hərəkəti) // Elnur Allahverdiyev, 26 (Qeyri idman hərəkəti); Elvin Yunuszadə, 43 (Qeyri idman hərəkəti); Məqsəd İsayev, 73 (Qeyri idman hərəkəti); Mirhüseyn Seyidov, 89 (Qeyri idman hərəkəti)
Qollar: Ernest Nfor, 12
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
17. Ramazan Abbasov
(11. Kiyan Sultanpur, 77)
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
(77. Təvəkkül Məmmədov, 45+1)
45. Murad Ağayev
(10. Tərzin Cahangirov, 41)

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
5. Cəmil Hacıyev
6. Tagim Novruzov
86. Fərid Quliyev

Baş məşqçi: Aqil Məmmədov

“Neftçi”
30. Saşa Stamenkoviç
2. Karlos Kardozo
5. Elvin Yunuszadə
7. Araz Abdullayev
(21. Samir Məsimov, 57)
9. Flavinyo (k)
(11. Nikolas Kanales, 46)
14. Elnur Allahverdiyev
18. Kaue da Silva
19. Mirhüseyn Seyidov
23. Ruslan Qurbanov
(15. Erik Ramos, 78)
27. Məqsəd İsayev
90. Erenst Nfor

Ehtiyat oyunçular:
1. Emil Balayev
3. Denis Silva
17. Nicat Qurbanov
28. Emin Mehtiyev

Baş məşqçi: Arif Əsədov

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Kapital Bank Arena"da "Neftçi"yə minimal hesabla məğlub olub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Uduzsaq belə, mən oyunçularımdan razıyam. İkinci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Uduzmamalı idik. Ən azından heç-heçə edə bilərdik. Mən futbolçulara təşəkkür edirəm. Mövsümün ən yaxşı oyununu sərgilədik. Komanda olaraq, istənilən vəziyyətləri araşdırır, təhlil edirik. Məşq zamanı standart vəziyyətlərdə aldığımız nəticələrlə oyundakı nəticələr fərqlidir. Slavik Alxasov məşq zamanı elə zərbə vurur ki, az qala qapı toru parçalansın. Amma oyunda bunu bacarmadı. Futbolçuların keyfiyyətindən çox şey asılıdır”.

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Oyundan öncə futbolçularla söhbət etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki “Sumqayıt” ötən il “Neftçi”dən xeyli xal almışdı. Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdır. “Sumqayıt” ikinci hissədə təzyiqi artırdı. Amma biz dəyişikliklər edib, matçı yenə nəzarətə götürdük. Flavinyo zədədən yeni qayıdıb. Biz oyundan öncə də bilirdik ki, Flavinyo ancaq bir hissə oynayacaq. Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik”.