15/10/2014

"Sumqayıt" FK Azərbaycan kubokunda "Bakı" ilə qarşılaşacaq


Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında reallaşan tədbirdə 1/16 və 1/8 final mərhələsinin cütləri bəlli olub. Bu mərhələnin oyunları bir görüşdən ibarət olacaq. "Sumqayıt" Futbol Klubu mübarizəyə 1/8 finaldan başlayacaq və doğma arenada "Bakı" ilə üz-üzə gələcək.

1/16 final
1. MOİK - "Lokomotiv"
2."Qaradağ Lökbatan" - "Zirə"

1/8 final
3. “Sumqayıt” - “Bakı”
4. “Xəzər Lənkəran” – “Araz-Naxçıvan”
5. “Simurq” – “Rəvan”
6. “Neftçala” - AZAL
7. “Qarabağ” - 1-ci cütün qalibi
8. “Şahdağ” - “İnter”
9. “Qəbələ” – “Ağsu”
10. “Neftçi” – 2-ci cütün qalibi

Qeyd: 1/16 final mərhələsinin oyunları 22 oktyabr, 1/8 final mərhələsinin oyunları 3 dekabr tarixində keçiriləcək.