13/10/2014

"Sumqayıt" FK "Neftçi" ilə oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Həftəsonu ikitərəfli oyun keçirən Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Zədəli olan Bəxtiyar Həsənalızadə fərdli məşqlərlə kifayətlənib.

A milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov və U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.

"Sumqayıt" - "Neftçi" oyunu oktyabrın 17-də saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək.