13/10/2014

"Sumqayıt" FK-nun akademiyası arxada qalan həftəni qələbələrlə başa vurub


"Sumqayıt" Futbol Klubunun akademiyası arxada qalan həftəni qələbələrlə başa vurub.

Əvvəlcə meydana 11 yaşadək futbolçulardan ibarət komandamız çıxıb. U-11 "Babək" üzərində 6:1 hesablı qələbə qazanıb. Komandamızdan qolları Mübariz Hüseynzadə (4), Fərhad Abbasov və Sədrəddin Hüseynzadə vurub.

Daha sonra meydana U-12 komandamız çıxıb. 12 yaşadək futbolçulardan ibarət komandamız "Təhsil"i 4:1 hesabı ilə üstələyib. Bu oyunda Rüstəm Hümbətov dubl edib, digər qolları isə Alı Alıyev və Dünyamalı Sevdimalıyev vurub.

U-13 komandamızda turu qələbə ilə başa vurub. 13 yaşlılarımız "Abşeron"u eyni hesabla məğlub edib. Bu görüşdə Nuhat Yaqubzadə dubl edib bir qolu isə Fərhad Salamzadə vurub.

Arxada qalan həftədə yalnız U-14 komandamız meydanı məğlub tərk edib. U-14 səfərdə "Rəvan"a 1:2 hesabı ilə uduzub. Yeganə qolun müəllifi isə Səxavət Pirmuradov olub.

19 yaşadək qızlardan ibarət komandamız da turu qələbə ilə başa vurub. Qızlar "Xəzər Lənkəran"ı 14:0 hesabı ilə üstələyib.