08/10/2014

"Sumqayıt" FK-nun akademiyası arxada qalan həftəni qələbələrlə başa vurub


"Sumqayıt" Futbol Klubunun akademiyası arxada qalan həftəni qələbələrlə başa vurub.

Əvvəlcə meydana U-14 Liqasında mübarizə aparan 14 yaşadək futbolçulardan ibarət komandamız çıxıb. Zair Əsgərovun komandası "Vətən" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. Bu qarşılaşmada qolları Orxan Osmanov (2) və Səbuhi Abdullazadə vurub.

Daha sonra U-13 komandamız "Sumqayıtspor"la görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb. Fərid Qasımzadənin dubl etdiyi qarşılaşmada digər iki qolu Ağayar Əhmədov və Fərhad Salamzadə vurub.

"Ateba U-12 Liqası"nda mübarizə aparan 12 yaşadək futbolçulardan ibarət komandamız isə İOEGİM üzərində 3:1 hesablı qələbəyə sevinib Bu oyunda Rüstəmov Hümbətov dubl edib daha bir qolu isə Alı Alıyev vurub.

U-11 komandamız həftəni böyükhesablı qələbə ilə başa vurub. Belə ki, 11 yaşadək futbolçulardan ibarət komandamız "Abşeron"u 14:0 hesabı ilə üstələyib. Bu görüşdə Fərid Abbasov (4),Ruhid Mustafayev (2), Mübariz Hüseynzadə (2), Əli Əlizadə (2),Rüstəm Rüstəmov, Sədrəddin Hüseynzadə, Fəris İslamov və Murad Əsgərov vurub.