01/10/2014

Məhəmməd Qurbanov A milli komandaya çağırılıb


Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, bununla əlaqədar, oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo şəhərində, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" Futbol Klubunun hücumçusu Məhəmməd Qurbanov ilk dəfə A milliyə dəvət alıb.

Bundan başqa, oktyabrın 4-dən 14-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. "Sumqayıt" FK-nun iki qapıçısı - Şahrudin Məhəmmədəliyev və Tərlan Əhmədli yığmanın düşərgəsinə dəvət olunub.