29/09/2014

"Sumqayıt" U-17 heç-heçə edib, U-14, U-12 və U-11 qələbə qazanıb


AFFA-nın təşkil etdiyi U-17 Liqasında 2-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası səfərdə "İnter"lə 2:2 hesablı heç-heçəyə imza atıb. Vüsal Buludlu dubl edib.

Həftəsonu "Sumqayıt" FK-nun 14 yaşadək futbolçulardan ibarət komandası da turu qələbə ilə başa vurub. U-14 "Neftçi" İKİB-ni 5:3 hesabı ilə üstələyib. Komandamızdan qolları Səxavət Pirmuradov (3), Orxan Osmanov, Eltun Nağıyev vurub

U-12 komandamızda Liqaya qələbə ilə start verib. Komandamız "Həkəri"ni 6:1 hesabı ilə üstələyib. Komandamızdan Murad Əzizbəyli (3), Alı Alıyev (2) və Sərvin İbrahimov fərqlənib.

U-11 komandamız isə İOEGİUM üzərində 4:2 hesablı qələbə qazanıb. Komandamızdan qolları Fərid Abbasov, Mübariz Hüseynov və Ruhid Mustafayev vurub.